Millimizin futbolçusunu Avstriya, İsveç və Portuqaliya klubları istəyir

12:21 - 4 May 2023

Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçü yeni mövsümə daha iddialı çempionat və klubda başlaya bilər.

Sportal.az xəbər verir ki, futbolçununu xidmətində maraqlı olan klublar var. Onu Türkiyə, Avstriya, İsveç, Niderland və Portuqaliya komandaları öz heyətinə cəlb etmək istəyir. Bu barədə saytımıza açıqlamasında futbolçunun atası və meneceri Halis Kökçü deyib:

"Bu dəqiqə Ozanın hansı komandaya keçə biləcəyi haqda danışmaq doğru olmazdı. Bəli, təkliflər çoxdur. Sadəcə o, klubunun heyətində pley-off matçları oynayacaq. Bütün fikri də məhz buna yönəlib. Oyunlar başa çatdıqdan sonra dəqiq nəsə demək mümkündür. Türkiyə, Avstriya, İsveç, Niderland, Portuqaliyadan təkliflər almışıq. Ancaq indi konkret bir şey demək istəmirəm. "Eyndhoven"in heyətində pley-off görüşlərinə fokuslanıb. Həmin oyunlar başa çatdıqdan sonra nəsə demək olar".

24 yaşlı 2022-ci il avqustun 6-da “Eyndhoven”lə müqavilə imzalayıb. Onun bu klubla müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

Xəbər xətti