"Bavariya"dan 120 milyon avro tələb edirlər

14:55 - 5 May 2023

Almaniyanın "Bavariya" klubu yayada hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki. Münhen təmsilçisi "Ayntraxt"da çıxış edən Randal Kolo Muani ilə maraqlanır. Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Bavariya" fransalı forvard üçün onun klubuna 60 milyon avro və əlavə bonuslar ödəməyə hazırdır. Frankfurt təmsilçisi isə 24 yaşlı hücumçu üçün 120 milyon avro tələb edir.

Qeyd edək ki, "Ayntraxt" Randal Kolo Muanini mövsümün əvvəlində "Nant"dan transfer edib. Fransa millisinin üzvü komandanın heyətində meydana çıxdığı 41 rəsmi matçda 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Bundesliqa klubu ilə sözləşməsinin müddəti 2027-ci ilin iyun ayına kimidir.

Xəbər xətti