Türkiyənin "Fənərbaxça" klubu yeni mövsüm üçün transfer fəaliyyətini davam etdirir.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Reyncers"in futbolçusu Rayan Kenti transfer etmək istəyir. Türkiyə mediasının yazdığına görə, "sarı-lacivərtlilər" yayda Qlazqo təmsilçisi ilə sözləşməsi başa çatan 26 yaşlı vingerlə razılıq əldə edib. Mövsüm başa çatdıqdan sonra tərəflər arasında münasibətlər rəsmiləşdiriləcək.
Qeyd edək ki, "Reyncers" Rayan Kenti 2019-cu ilin yayında "Liverpul"dan transfer edib. İngilis yarımmüdafiəçi cari mövsümdə Şotlandiya klubunun heyətində meydana çıxdığı 44 rəsmi matçda 3 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi