Baş məşqçi Mahir Emrelini "Dinamo"ya qaytarır

15:31 - 5 May 2023

İcarə əsasında "Konyaspor"da çıxış edən Mahir Emreli mövsümün sonunda müqavilə ilə məxsus olduğu "Dinamo"ya qayıdacaq.

Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi İqor Bişçan azərbaycanlı hücumçunu sərəncamında görmək istəyir. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Baş məşqçi bu istəyini klub rəhbərliyinə bildirib.

Xorvatiyalı mütəxəssis yayda komandadan göndərilməli olan futbolçuları müəyyənləşdirib. Həmin siyahıda Mahirin adı yoxdur. 

Qeyd edək ki, "Dinamo" Mahir Emrelini mövsümün sonuna kimi "Konyaspor"a icarəyə verib. Azərbaycan millisinin üzvünün zaqreblilərlə müqaviləsinin müddəti 2026-cı ilin yayına kimidir.

Xəbər xətti