"Traktor" səfərdə qələbə qazandı

22:38 - 5 May 2023

Futbol üzrə İran çempionatında 28-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor" klubu səfərdə "Mes Kerman"ın qonağı olub. Qarşılaşma Təbriz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Traktor"un heyətində Məhəmməd Ağacanpur və Qustavo (2) fərqlənib.

Xallarını 49-a yüksəldən "Traktor" mövsümün bitməsinə 2 tur qalmış turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti