Şakiranın qardaşı Pikeni döydü

14:35 - 6 May 2023

"Barselona"nın sabiq futbolçusu Jerar Pike bir müddət əvvəl ayrıldığı həyat yoldaşı Şakira ilə gərginlik yaşayıb.

Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş müdafiəçi övladlarını görmək üçün Mayamiyə gedib. Bu zaman cütlük arasında mübahisə baş verib.

Onların arasında mübahisə böyüdükdə isə Şakiranın qardaşı müdaxilə edib. Pike ilə Tonino Meberak yumruq davasına başlayıb. Müğənninin qardaşının ispaniyalı futbolçunu döydüyü bildirilir.

Qeyd edək ki, Pike ilə Şakira 12 il evli olublar. Onların 2 övladı var.

Xəbər xətti