"Çelsi" qapıçı üçün 40 milyon avro təklif edəcək

20:40 - 6 May 2023

İngiltərənin "Çelsi" klubu yayda heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas hədəfi "İnter"də çıxaş edən Andre Onanadır. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Londonlular 27 yaşlı kamerunlu qolkiper üçün İtaliya klubuna 40 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, "İnter" Andre Onananı mövsümün əvəlində "Ayaks"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə heyətinə qatıb. Kamerun millisinin üzvü komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 30 qol buraxıb. O, 16 görüşdə qapısını toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti