"Fənərbaxça" "Qalatasaray"ın futbolçusunu istəyir

14:56 - 6 May 2023

Türkiyənin "Fənərbaxça" klubu yayda hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "sarı-lacivərtlilər" əzəli rəqibinin oyunçusuna göz dikib. "Fənərbaxça" icarə əsasında "Qalatasaray"da çıxış edən Milot Raşitsa ilə maraqlanır. Klub rəhbərliyinin kosovolu vingerin müqavilə ilə məxsus olduğu "Norviç Siti"yə təklif göndərdiyi bildirilir.

"Qalatasaray" da 26 yaşlı yarımmüdafiəçinin transfer hüquqlarına yiələnmək üçün onun klubu ilə danışıqlar aparır. Futbolçu özü də hazırki komandasında qalmaq istəyir.

Qeyd edək ki, "Qalatasaray" Milot Raşitsanı bir mövsümlük icarəyə götürüb. Kosovo millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti