Futbol üzrə Cənubi Koreya çempionatında 11-ci turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "Quanqyu" ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
Anton Krivotsyuk da bu oyunun iştirakçısı olub. 24 yaşlı müdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb.
11 turdan sonra 18 xal toplayan "Tecon Xana Sitizen" 12 komanda arasında turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi