Mahirin komandası növbəti görüşünə çıxır

10:12 - 7 May 2023

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" bu gün Super Liqada növbəti görüşünü keçirəcək. 

Sportal.az xəbər verir ki, Konya təmsilçisi XXXIII turda "Kayserispor"la qarşılaşacaq. Qarşılaşmaya Bakı vaxtı ilə 17:00-da start veriləcək. 

"Konyaspor" hazırda 45 xalla 7-ci, "Kayserispor" isə 48 xalla 6-cı sıradadır. 

Xəbər xətti