"Neftçi"də istefalar qapıdadır, əgər..." - VİDEO

17:59 - 8 May 2023

Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində "Neftçi" Tovuzda "Turan"a 0:4 hesabı ilə uduzdu.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov aylardır Lorentsiu Regekampfdan paytaxt klubuna "yar" olmayacağı ilə bağlı çıxışlar edib.

Budəfəki məğlubiyyətdən sonra tanınmış jurnalist deyib ki, əgər klub rəhbərliyi ölkə kubokunda qələbə istəyirsə, rumıniyalını dərhal postundan uzaqlaşdırmalıdır:

"Əminliklə söyləyə bilərəm ki, I Divizonda orta sıralarda gedən hər hansı bir komandanın məşqçisini gətir bura, futbolçulara ondan daha yaxşı təsir göstərər.

Bu nədir - nə oyun planı var, nə də matçın gedişatını təxmin etmək. Rege dərhal istefaya göndəriilməlidir.

Yoxsa ölkə kuboku da əldən çıxacaq. O, bu gedişlə "Neftçi" rəhbərliyinin də klubda ömrünü qısaltmaqdadır".

Xəbər xətti