Azərbaycanla matçdan əvvəl Serbiya ilə qarşılaşacaqlar

21:06 - 8 May 2023

Avro-2024-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Belçika yığması yoldaşlıq oyunu keçirəcək. 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" Serbiya seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma 15 noyabr tarixində Belçikada keçiriləcək.

Qeyd edək ki, millimiz noyabrın 19-da səfərdə Belçikanın qonağı olacaq.

Xəbər xətti