Baş nazir Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşdü

15:19 - 9 May 2023

Baş nazir cənab Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda ilə görüşüb.

Sportal.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov da iştirak edib.

Görüşdə Bakıda keçirilən Beynəlxalq Minifutbol Turniri, ölkəmizdə bu idman növünün inkişafı müzakirə edilib.

Xəbər xətti