Mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatan Lioenl Messinin yeni klubu müəyyənləşmək üzrədir.
Sportal.az xəbər verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanında çıxış edəcək. Bu barədə AFP nəşri məlumat yayıb. 35 yaşlı hücumçu "Əl Hilal" klubu ilə razılıq əldə edib. Argentinalı futbolçu Asiya təmsilçisində illik 400 milyon avro maaş alacaq.
Qeyd edək ki, lionel Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir. Argentina millisinin üzvü cari mövsümdə parislilərin heyətində meydana çıxdığı 37 rəsmi matçda 20 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi