"Atletiko" "Çelsi"nin 2 futbolçusunu istəyir

16:51 - 9 May 2023

"Çelsi"nin futbolçuları Pyerr-Emerik Obameyanq və Mark Kukurelya yayda komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, "Atletiko" onların xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. İspaniya klubu mövsümün sonunda hər iki oyunçu üçün danışıqlara başlayacaq.

"Çelsi" "Atletiko"dan icarəyə götürdüyü Joao Feliksi birdəfəlik transfer etmək üçün Obameyanq və Kukurelyanı "Atletiko"ya göndərməyə hazırdır.

Xəbər xətti