Dünya çempionatı: Hidayət Heydərov yarımfinalda

17:37 - 9 May 2023

Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

Sportal.az xəbər verir ki, bu gün -73 kq. çəkidə mübarizə aparan cüdoçumuz Hidayət Heydərov 1/4 finalda kanadalı Artur Marqelidona qalib gələrək yarımfinala adlayıb.

Hidayət yarımfinalda İtaliya təmsilçisi Manuel Lombardoya qarşı mübarizə aparacaq

Xəbər xətti