İngiltərənin "Çelsi" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Monako"da çıxış edən Yussuf Fofananın xidmətində maraqlıdır. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. "Çelsi" "Liverpul"un da maraqlandığı 24 yaşlı fransalı yarımmüdafiəçi üçün Fransa klubuna 25 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, Yussuf Fofana cari mövsümdə "Monako"nun heyətində meydana çıxdığı 32 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi