Latviyada "Dauqavpils" forması geyinən Nazim Həsənzadə Sportal.az saytına müsahibə verib. Komandanın əsas heyətində meydana tez-tez çıxmayan azərbaycanlı futbolçu bunun səbəblərindən danışıb.
- "Dauqavpils"də işlərinin yaxşı getmədiyini söyləmək olar? Niyə tez-tez oynamırsan?
- Sözün düzü, bəxt barəsində işlərim yaxşı getmir. Zədələndim, sonra da xəstələndim. Ona görə də bir neçə məşqi buraxmalı oldum. Yenə də, oyunqabağı məşqdə heyətdə idim, məşqdə zədələndim. Əzələmi dartmışam.
- Demək olar ki, baş məşqçinin etimadını qazana bilmirsən? Münasibətiniz yaxşıdır?
- Mənə olan münasibət yaxşıdır, hər şeydən razıyam. Sadəcə olaraq, zədə oynamağıma maneçilik törədir. Ümidvaram ki, bu da keçəcək.
- Çox oynamayacağın təqdirdə, yayda Azərbaycana qayıtmağı planlaşdırırsan, yoxsa müqavilənin sonuna qədər oradasan?
- Azərbaycandan təkliflərim var. Ancaq Avropada qalmaq istəyirəm. Hər şeyi zaman göstərəcək.
- Səndən fərqli olaraq, Ramin Nəsirli daha çox meydana çıxır və qollarını vurur. Bu mənada, sənə dəstək verir?
- Ramin uşaqlıqdan dostuq. Ümumiyyətlə, həmişə mənə dəstək göstərir. Mənim oynamağım ona da motivasiya yaradır. Çünki burada oyunlarda mən oynayanda Ramini daha çox ötürmə ilə təmin edirəm. O biri oyunçular ona çox da ötürmə vermirlər.
- Latviya və Azərbaycan çempionatları barədə fikrin necədir? Hansı liqanı daha güclü hesab edirsən?
- Buradakı oyunları daha çox skautlar izləyir. Bundan başqa izləyici kütləsi də var. Yəni buradan Avropaya açılmaq daha asandır. Düzdü, liqanın səviyyəsi elə də yüksək deyil. Amma skautlar çoxdur. Klublar oyunçu yetişdirib satmaqla məşğuldur. Bu da yaxşıdır. Latviyadan Avropanın başqa klubuna keçmək mümkündür.
Mirbağırağa
saytlarin hazirlanmasi