"Şalke-2"nin azərbaycanlı hücumçusu Rüfət Dadaşov komandasını dəyişib.
Sportal.az "Berliner Kurier"ə istinadən xəbər verir ki, milli komandamızın sabiq forvardı Almaniyanın Şimal-Şərq Regional Liqasında çıxış edən "Dinamo"ya (Berlin) keçib.
31-ci turdan sonra Berlin təmsilçisi altıncı pillədədir.
Rüfət 2017/2018 mövsümündə artıq adıçəkilən klubun futbolçusu olub və 25 oyuna eyni sayda qol vurub.
saytlarin hazirlanmasi