"Tottenhem"in qapıçısına cəlbedici təklif

15:13 - 11 May 2023

İngiltərənin "Tottenhem" klubunun qapıçısı Huqo Loris yayda komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, fransalı qolkiper Səudiyyə Ərəbistanından cəlbedici təklif alıb. Bu barədə "Times" nəşri məlumat yayıb. 36 yaşlı "əlcək sahibi" London klubunda aydığı maaşın 3 qatı təklif alıb. Təcrübəli futbolçunun Asiyaya getməyə isti yanaşdığı bildirilir.

Qeyd edək ki, "Tottenhem" Huqo Lorisi 2012-ci ilin yayında "Lion"dan transfer edib. Onun Premyer Liqa klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.

Xəbər xətti