2022-ci ildə futbol üzrə Belarus çempionu olan "Şaxtyor"un titulu əlindən alınıb.
Sportal.az xəbər verir ki, buna səbəb Soliqorsk təmsilçisinin danışılmış oyunlarda iştirak etməsidir. Çempionatı ikinci pillədə bitirən "Energetik BGU"nun da gümüş medalı ləğv olunub.
Hər iki komandanın bu mövsüm 30 xal, gələn mövsüm isə 20 xalı silinəcək. Bir neçə futbolçu diskvalifikasiya olunub.
Mövsümü üçüncü tamamlayan BATE çempion elan olunub. Minsk "Dinamo"su ikinci, "İsloç" isə üçüncü yeri tutub.
saytlarin hazirlanmasi