İspaniyanın "Real" klubu Luka Modriç və Toni Kroosun gedişindən sonra yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin əsas hədəfi "Bavariya"da çıxış edən Jozua Kimmixdir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. "Real" 28 yaşlı futbolçunu 2024-cü ilin yayında heyətinə cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, "Bavariya" Yozua Kimmixi 2015-ci ilin yayında "Ştutqart"dan transfer edib. Almaniya millisinin üzvü cari mövsümdə Münhen təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 6 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi