Futbol üzrə İran çempionatında 29-cu turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor" klubu doğma meydanda "Nassaji Mazandaran"ı qəbul edib. Qarşılaşma Təbriz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Məhəmməd Mehdi Qənbəri vurub.
Xallarını 52-yə yüksəldən "Traktor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi