"Qalatasaray"ın futbolçusu Viktor Nelsson yayda komandadan ayrıla bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Bayer" 24 yaşlı mərkəz müdafiəçisini transfer etmək istəyir. Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso danimarkalı futbolçunun transferində israrlıdır. Almanlar yayda İstanbul klubu ilə danışıqlara başlayacaq.
İspaniyanın "Sevilya" və "Betis" klubları da Danimarka millisinin üzvü ilə yaxından maraqlanır. "Sarı-qırmızılar" skandinaviyalı oyunçu üçün 20 milyon avro tələb edir.
Qeyd edək ki, "Qalatasaray" Viktor Nelssonu 2021-ci ilin yayından "Kopenhagen"dən 7 milyon avroya transfer edib. Arxa xətt oyunçusu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 29 Super Liqa matçında 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi