Milli komandanın yeni baş məşqçisi bəlli oldu

12:53 - 13 May 2023

Uruqvay milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Cənubi Amerika təmsilçisini Marselo Byelsa çalışdıracaq. 67 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib. Argentinalı çalışdırıcı yeni işində ilk matçına iyunun 14-də Kuba yığması qarşısında çıxacaq.

Qeyd edək ki, Marselo Byelsa son olaraq İngiltərənin "Lids Yunayted" klubunun baş məşqçisi olub.

Xəbər xətti