Məşhur futbolçu milli karyerasını başa vurdu

15:04 - 13 May 2023

“Atletiko”nun yarımmüdafiəçisi Aksel Vitsel Belçika milli komandasındakı karyerasını başa vurub. 

Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Uzun müddət düşündükdən sonra qərara aldım ki, yığmada karyeramı yekunlaşdırım. Son 15 ildə ölkəmi təmsil etmək mənə böyük qürur verirdi".

Qeyd edək ki, Aksel Vitsel 2008-ci ilin mart ayında Belçika yığmasında debüt edib. Təcrübəli futbolçu 15 il ərzində "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 130 rəsmi matçda 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti