Futbol üzrə Cənubi Koreya çempionatında 13-cü turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "Pohanq Stilers"in qonağı olub. Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Anton Krivotsyuk da bu oyunun iştirakçısı olub. 24 yaşlı müdafiəçi matça start heyətdə başlayıb və 70-ci dəqiqədə əvəzlənib.
13 turdan sonra 21 xal toplayan "Tecon Xana Sitizen" 12 komanda arasında turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi