Futbol üzrə Yunanıstan Super Liqasında 2022/2023 mövsümünün qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, çempionun adına son turda aydınlıq gəlib.
36-cı turda "Volos"u 4:0 hesabı ilə məğlub edən AEK 13-cü dəfə Yunanıstan çempionu olub. Afinalılar xallarını 83-ə yüksəldərək ən yaxın izləyicisi olan "Panatinaikos"u 5 xal qabaqlayıb. 73 xal toplayan "Olimpiakos" isə üçüncü olub.
saytlarin hazirlanmasi