Azərbaycan milli komandasının sabiq forvardı Rüfət Dadaşov “Şalke-2” ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, o, yeni mövsümdən “Dinamo Berlin” klubunun formasını geyinəcək. Dadaşov Helzenkirhen təmsilçisindən ayrılığı barədə instaqram hesabında paylaşım edib. Adıçəkilən futbolçu “Şalke”ni unutmayacağını yazıb:
"Əgər kimsə məndən "Şalke"nin necə klub olduğunu soruşsaydı, pozitiv, çılğın, ailəvi və eyni zamanda təsvirolunmaz deyərdim. “Şalke” heç vaxt unuda bilməyəcəyim klubdur. Çünki onlar mənə ikinci Bundesliqada debüt etmək şansı yaratdı. Kapitanlıq məsuliyyətini də verdilər. Bunula yanaşı, bu, gənc oyunçuları formalaşdırmaq və onlara dəstək olmaq imkanı var idi. Bununla, inkişafıma töhvə verən klubdur. Fürsətdən istifadə edərək, məsul hər kəsə, məşqçilərə, bütün heyətə və komanda yoldaşlarıma təşəkkürümü bildirmək istəyirəm. Sizə səmimi qəlbdən ən yaxşısını arzulayıram.Uğurlar! Sizin “Dada”nız”.
Əlavə edək ki, 31 yaşlı hücumçu “Saarbrükken”, “Kayzerslauten”, “Preyson Münster”, “Finiks Rizinq” klublarında oynadıqdan sonra 2021-ci ildə “Şalke”yə keçmişdi. O, əsas komandada iki, “Şalke-2”də isə 44 matça çıxıb 22 qol vurmuşdu.
Mirbağırağa
saytlarin hazirlanmasi