Azərbaycan klublarının Avropa Konfrans Liqasının II təsnifat mərhələsində yer alacaqları səbətlər müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Neftçi" güclülər arasında yer alacaq. "Ağ-qaralar" səpələnmişlər səbətində olacaq.
İlk dəfə avrokuboklara vəsiqə qazanan "Sabah" və Premyer Liqanın dördüncüsü, yaxud ölkə kubokunun qalibi isə səpələnməmişlər səbətində olacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi
Səpələnmişlər: “Brügge” (Belçika), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Plzen, Çexiya), “Budyo-Qlimt” (Norveç), “Lex”, “Legiya” (hər ikisi Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqorden” (İsveç), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan).
Səpələnməmişlər: “Hammarbü” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Sabah” (Azərbaycan), “Ordabasi”, “Aktobe” (hər ikisi Qazaxıstan), “Auda” (Latviya)
Qeyri-müəyyən: “Aris” (Yunanıstan).
saytlarin hazirlanmasi