Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Portu"nun sol cinah müdafiəçisi Vendelldir. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb. "Sarı-qırmızılar" mövsüm bitdikdən sonra 29 yaşlı futbolçu üçün "əjdahalar"la danışıqlar masasına oturacaq.
Braziliyalı futbolçunun klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimidir.
Qeyd edək ki, "Portu" Vendelli 2021-ci ilin yayında Leverkuzen "Bayer"indən transfer edib. Təcrübəli müdafiəçi cari mövsümdə komandanın heyətində meydana çıxdığı 46 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi