Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İtanbul təmsilçisinin əsas hədəfi "Everton"da çıxış edən Yerri Minadır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Beşiktaş"ın baş məşqçisi Şenol Güneş kolumbiyalı mərkəz müdafiəçisinin transferində israrlıdır. "Qara qartallar"ın İngiltərə klubu ilə müqaviləsi yayda başa çatan 28 yaşlı futbolçunun transferini bitirmək üzrə olduğu qeyd olunur.
Qeyd edək ki, "Everton" Yerri Minanı 2018-ci ilin yayında "Barselona"dan transfer edib. Kolumbiya millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi