"Bavariya"nın hücumçusu Sadio Mane yayda komandadan ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, Almaniyada işləri yaxşı getməyən seneqallı futbolçu yenidən İngiltərəyə qayıda bilər. Premyer Liqa klublarından "Mançester Yunayted" və "Nyukasl" 31 yaşlı forvardın xidmətində maraqlıdır. Münhen təmsilçisi futbolçusunu satmağa hazırdır.
Qeyd edək ki, "Bavariya" Sadio Maneni mövsümün əvvəlində "Liverpul"dan transfer edib. Seneqal millisinin üzvü Bundesliqa klubunun heyətində meydana çıxdığı 32 rəsmi matçda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi