Yığma komandamızın forvardı Premyer Liqada oynaya bilər

11:12 - 18 May 2023

Azərbaycanın U-21 yığmasının hücumçusu Mustafa Yıldırım karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportal.az saytına verilən məlumata görə, 21 yaşlı forvarda Premyer Liqamızda oynamaq təklifi edilib. Yıldırım özünü Azərbaycan çempionatında sınamağın əleyhinə deyil. Onun hazırkı komandası “Çorum" Türkiyə ikinci liqasında çempion olaraq, birinci liqaya vəsiqə qazanıb.

Mənbənin iddiasına görə, futbolçunun  "Neftçi" və "Qəbələ"yə yollanmaq variantı var.  “Alanyaspor” yetirməsi olan forvard “İstanbulspor” və “Pazarspor”da çıxış edib.

Mirbağırağa

Xəbər xətti