"Barselona"nın müdafiəçisi "Atletiko"ya keçə bilər

18:08 - 18 May 2023

"Barselona"nın futbolçusu Jordi Alba mövsümün sonunda komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, ispaniyalı sol cinah müdafiəçisinin xidmətində "Atletiko" maraqlıdır. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu da 34 yaşlı arxa xətt oyunçusunu transfer etmək istəyir.

Albanın "Barselona" ilə müqaviləsi 2024-cü ilin yayına kimidir. La Liqa təmsilçisi ona maaşının azaldılmasını təklif edib. İspaniya millisinin üzvü təklifi qəbul etsə, klubda qalmaq ehtimalı da var.

Qeyd edək ki, Jordi Alba "Barselona"nın yetirməsidir. Təcrübəli futbolçu cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti