"Mahir sürətli hücumçudu, amma Polşa çempionatında cəmi iki qol vura bildi"

13:14 - 19 May 2023

Polşanın "Legiya" klubunun çexiyalı hücumçusu Tomaş Pekhart Ekstraklasada qol vurmağın çətinliyindən danışarkən, Varşava təmsilçisin sabiq forvardı Mahir Emrelini xatırlayıb. 

Sportal.az xəbər verir ki, "legia.net"ə danışan təcrübəli futbolçu adıçəkilən klubda birlikdə oynadığı millimizin hücumçusunun Polşa çempionatında az qol vurmasını misal çəkib:

"Mahir Emreli sürətli hücumçudur, lakin ölkə çempionatında 15 oyunda cəmi iki qol vura bildi. Bilirəm ki, o, başqa turnirlərdə çox qol vurub, amma orada oyun fərqlidir. Həmin turnirlərdə onun üçün hərəkət etmək sahəsi çox olur, çünki rəqib topa sahib çıxır, və əks-hücumlar və ya müdafiəçilərin arxasından ötürmələr etmək şansı yaranır".

Mirbağırağa
 

Xəbər xətti