Azərbaycan çempionu millimizin qapıçısını istəyir

11:47 - 20 May 2023

Azərbaycanın "Araz-Naxçıvan" futzal klubu milli komandamızın qapıçısı Rövşən Hüseynlini geri qaytarmaq istəyir.

Sportal.az saytına verilən məlumata görə, ölkə çempionu Qazaxıstanın “Atırau” klubunun qapısını qoruyan qolkiperin geri dönməsi üçün danışıqlara başlayıb.

32 yaşlı qapıçı isə hələ ki, qarşı tərəfə cavab verməyib.

Qazaxıstan klubu da Rövşənlə müqavilə müddətini uzatmaq niyyətindədir. 

Xəbər xətti