Azərbaycan milli komandasının üzvü Dmitri Nazarov Almaniyanın "Ertsgebirge" klubu ilə vidalaşıb.
Sportal.az xəbər verir ki, III Bundesliqa təmsilçisi 33 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsini yeniləməyib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Aue təmsilçisi təcrübəli futbolçuya xidmətlərinə görə təşəkkür edib.
Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ilin yayından "Ertsgebirge"də çıxış edirdi. Millimizin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi