Avropa Kuboku: Cüdoçularımızdan 2 qızıl, 1 gümüş, 1 bürünc medal

12:20 - 21 May 2023

20 mayda Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

Sportal.az xəbər verir ki, turnirin ilk günündə kişilər arasında -60 kq., -66 kq. və -73 kq. çəki dərəcələrində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

-66 kq. çəkidə Ruslan Paşayev qızıl medal, Kamran Süleymanov bürünc medal əldə edib. -73 kq. çəkidə final görüşündə iki cüdoçumuz İbrahim Əliyev və Telman Vəliyev qarşılaşıb. Nəticədə İbrahim Əliyev qızıl medal əldə edib. -60 kq. çəkidə Rövşən Əliyev 5-ci, -66 kq. çəkidə Tofiq Əliyev isə 7-ci yerlə kifayətlənib.

Xəbər xətti