Azərbaycan milli komandasının sabiq üzvü Araz Abdullayev qışdan bu yana klubsuz qalıb. 31 yaşlı futbolçu Premyer Liqa və xarici ölkə klublarının maraq dairəsindədir. Hələ ki, klubsuz qalan Abdullayev Sportal.az saytına açıqlamasında gələcəyi ilə bağlı planlarından danışıb:
"Qışdan bu yana fərdi məşqlər etmişəm, dayanmamışam. Ən azından fiziki durumumun yaxşı olmasına çalışmışam. İndi də fərdi məşqlər edirəm. Təkliflər hər zaman olur. Amma baxır, danışıqlar hansı məqama doğru irəliləyir. Təbii ki, bu müddət ərzində edilən təkliflərdən birini yayda dəyərləndirəcəm".
Millimizin sabiq futbolçusu yenidən legioner həyatı yaşamağa müsbət yanaşdığını da bildirib: "Ölkə xaricinə yollanmağım da mümkündür. Bununla bərabər, yeni mövsümə Azərbaycan Premyer Liqasında başlamağım da realdır. Düzgün qərar verməyə çalışacam. Bu dəqiqə üçün konkret bir söz deyə bilmərəm. Hər halda, az qalıb, əksər ölkələrdə mövsüm başa çatır. Yəqin ki, gələn ayın ortalarında dəqiqləşəcək hər şey".
Mirbağırağa
saytlarin hazirlanmasi