Ronaldo "Əl Nəssr"dən ayrılmaq istəyir

13:51 - 23 May 2023

"Əl Nəssr"də çıxış edən Kriştiano Ronaldo komandadan ayrılmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçu Avropaya qayıtmaq arzusundadır. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Ulduz futbolçu müqaviləsini vaxtından əvvəl ləğv etmək istəyir.

Qeyd edək ki, Kriştiano Ronaldo bu ilin yanvar ayında "Əl Nəssr"lə 2 illik müqavilə imzalayıb. 38 yaşlı forvard Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti