Türkiyənin "Qalatasaray" klubu yayda heyətini ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda "Yuventus"la müqaviləsi başa çatan Anxel Di Mariya ilə yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. "Sarı-qırmızılar" 35 yaşlı vingerə rəsmi təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, Anxel Di Mariya mövsümün əvvəlində PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Yuventus"a keçmişdi. Argentina millisinin üzvü Turin təmsilçisinin heyətində meydana çıxdığı 37 qarşılaşmada 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
