Futbol üzrə Ukrayna Premyer Liqasında 28-ci turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin formasını geyindiyi "Aleksandriya" səfərdə "Veres Rivne"nin qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Emil Mustafayev də bu matçın iştirakçısı olub. 21 yaşlı yarımmüdafiəçi oyuna start heyətdə başlayıb. O, 57-ci dəqiqədə əvəzlənib.
28 turdan sonra 43 xal toplayan "Aleksandriya" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi