İsveçrə Superliqasında 35-ci turun matçları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" doğma meydanda "Sankt-Qallen"lə bərabərə qalıb (2:2).
Meydana start heyətində çıxan Renat Dadaşov görüşün 3-cü dəqiqəsində məhsuldar ötürmə edib. 30-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılan millimizin forvardı bir dəqiqə sonra qol vurub. Amma VAR həmin qolu ləğv edib. Forvard 93-cü dəqiqədə komanda yoldaşı ilə əvəzlənib. “Qrasshopper" 44 xalla altıncı yerdədir.
saytlarin hazirlanmasi