Niderlandın "Feyenoord" klubu baş məşqçi Arne Slotun gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Roterdam təmsilçisi 44 yaşlı mütəxəssislə yola davam edəcək. Niderlandlı məşqçinin müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi uzadılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Tottenhem" Arne Slotu baş məşqçi postuna gətirmək üçün bir müddət idi ki, danışıq aparırdı.
Qeyd edək ki, Arne Slot 2021-ci ildən "Feyenoord"un baş məşqçisidir. Roterdam təmsilçisi cari mövsümdə niderlandlı mütəxəssisin rəhbərliyi altında ölkə çempionluğu qazanıb.