"Gəncə" final seriyasında hesabı bərabərləşdirdi

21:50 - 26 May 2023

Azərbaycan Basketbol Liqasında final seriyasının dördüncü görüşü keçirilib.

Sportal.az xəbər verir ki, bu gün "Sərhədçi" İdman Mərkəzində "Sabah" və "Gəncə" komandaları qarşılaşıblar. Matç gəncəlilərin 93:90 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra final seriyasında hesab bərabərləşib. Tərəflər hərəsi iki dəfə qələbə qazanıblar.

Final seriyasının sonuncu - beşinci qarşılaşması 30 may tarixində baş tutacaq.

Xəbər xətti