Portuqaliyada çempion məlum oldu

13:15 - 28 May 2023

Futbol üzrə Portuqaliya çempionatında 2022/2023 mövsümünün qalibinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, çempion son turda müəyyənləşib. "Santa Klara"nı 3:0 hesabı ilə məğlub edən "Benfika" Premyer Liqanın ən güclüsü olub. Lissabonlular ən yaxşın izləyicisi olan "Portu"nu 2 xal qabaqlayıb.

"Benfika" tarixi ərzində 38-ci dəfə Portuqaliya çempionu titulunu qazanıb.

Xəbər xətti