Ronaldonun komandası çempion ola bilmədi

15:21 - 28 May 2023

Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatında 2022/2023 mövsümünün qalibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Əl İttihad" liqanın bitməsinə bir həftə qalmış çempionluğu rəsmiləşdirib. Komanda 29-cu turda səfərdə "Əl Feyha"nı 3:0 hesabı ilə məğlub edərək ölkənin ən güclüsü olub.

"Əl İttifaq" 29 turdan sonra 69 xal toplayıb və Kriştiano Ronaldonun formasını geyindiyi "Əl Nəssr"i 5 xal qabaqlayır.

Xəbər xətti