Futbol üzrə Cənubi Koreya çempionatında 15-ci turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "Ulsan"la qarşılaşıb. Matç 3:3 hesablı bərabərliklə başa çatıb.
Anton Krivotsyuk da bu oyunun iştirakçısı olub. 24 yaşlı müdafiəçi qarşılaşmaya start heyətdə başlayıb. O, 62-ci dəqiqədə əvəzlənib.
15 turdan sonra 22 xal toplayan "Tecon Xana Sitizen" 12 komanda arasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi