Futbol üzrə Türkiyə Super Liqasında 37-ci turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" doğma meydanda "Fatih Karagümrük"lə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı hücumçu 63 dəqiqədə meydana daxil olub.
Xallarını 50-yə yüksəldən "Konyaspor" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi